Güney Azərbaycanın Həmədan əyalətinin Famenin şəhərində 110 ədəd tarixi və antik əşya tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Famenin şəhər polis idarəsinin komandanı, polkovnik Əli Əkbər Heydəri məlumat verib.
“Polis əməkdaşları Tehran-Həmədan yolunda hərəkət edən bir minik avtomobilindən şübhələnib. Onlar avtomobili saxlayaraq yoxlayıblar. Avtomobildən 110 ədəd tarixi və antik əşya tapılıb”, – deyə o bildirib.
Tapılan əşyalar 24 müxtəlif sikkə, bilərzik, yazılı lövhə, üzük, yağla yanan daş və metal çıraqlardan ibarətdirb. İran Mədəni İrs Təşkilatının ekspertləri tapılan əşyaların eramızdan min il əvvələ aid olduğunu bildiriblər.
Tarixi əşyaların qaçaqmalçığı ilə məşğul olan iki nəfər tutularaq məhkəməyə göndərilib.