ABŞ-ın Alabama və Missuri ştatlarında hamiləliyin səkkizinci həftəsində abortun qadağan edilməsi məşhurların etirazına səbəb olub.
Teleqraf.com xəbər verir ki, model Emili Ratajkovski qanuna etiraz edən ilk məşhur olub.
25 yaşlı model qanuna soyunaraq etiraz edib.
İnstaqram səhifəsində çılpaq fotosunu paylaşan Ratajkovski bunları yazıb:
“Bu həftə Alabamada təcavüz vəziyyətində hamilə qalanlar üçün də abort qadağan edildi. İqtidardakı kişilər öz güclərini qadın bədənində göstərirlər. Qadınlar zərər verən kişilər əhəmiyyətli postlarda yer tuta bilməzlər. Bədənlərimiz bizim seçimimizdir”.
Aborta etiraz edənlər arasında müğənnilər Ledi Qaqa və Liam Payne də var.
Emili Ratajkovskinin fotosunu təqdim edirik: