18 May 2019 19:13
1 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatın əksinə fırlanan yeganə planet hansıdır? Hansı heyvanın 3 ürəyi, 9 beyni var? Kosmosda ağlamaq mümkündür?

Teleqraf.com az insanın bildiyi məlumatları təqdim edir.

Həqiqət bilinəndən çox fərqli imiş...

Günəş sistemində saatın əksinə fırlanan yeganə planet Veneradır.

Dünyada ən çox cinayət törədilən ölkə Vatikandır. Min nəfərin yaşadığı ölkədə hər il 600-dən çox cinayət baş verir.

Dünyada ən çox film çəkən ölkə Nigeriyadır. Ölkədə orta hesabla hər həftə 50 film çəkilir.

Elm adamlarına görə, Günəş gözlənilmədən Yer kürəsinin də daxil olduğu qalaktikanı udan nəhəng “qara dəliy”ə çevrilə bilər.

Ən çox piramidanın olduğu ölkə Misir yox, Sudandır. Sudanda 220 piramida var.

Dəniz ulduzlarının 8 ayağının olduğu kimi 3 ürəyi, 9 beyni var.

Günəş sisteminin ən isti planeti Veneradır. Bu planetdə temperatur 450 santiqraddır.

Zebraların üzərindəki xətlər ölümcül xəstəliklər daşıyan milçəklərin üzərinə qonmasının qarşısını alır.

İnsan hər yerdə ağlaya bilsə də, kosmoda ağlaya bilmir. Ağlasa belə, göz yaşı axmır.

Cazibə qüvvəsinə görə, Yer kürəsində 90 kq olan bir insan, Marsda sadəcə 35 kq-dır.

Havada nəmliyin azlığı və hava təzyiqi təyyarədə yediyimiz yeməyin fərqli dadmasına səbəb olur.

Yer kürəsində 15 yaşında olan insan Marsda 8 yaşında olur. Çünki 1 Mars ili 686,9 dünya gününə bərabərdir..

Oksigen qaz halında iysiz və rəngsizdir. Lakin maye və qatı hallarda açıq-mavi rəngdə olur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər