18 May 2019 16:31
1 806
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda keçmiş prezident Robert Köçəryanın həbsdən azad edilməsinə dair qərar qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İrəvanın birinci instansiya məhkəməsi qərar verib.

Hakim David Qriqoryan bildirib ki, Robert Köçəryan qondarma “Dağlıq Qarabağ Respublikası” liderlərinin zamin durması müqabilidə azadlığa buraxılıb.

Qeyd edək ki, mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Köçəryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər