Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salman Əl Səud ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər Yaxın Şərqin inkişafı, həmçinin regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanılması mövzusu ətrafında müzakirələr aparıblar. Detallar barədə məlumat verilməyib.