Nepalda sərnişin avtobusunun çaya düşməsi nəticəsində beş nəfər həlak olub, 29 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Himalayan Times" qəzeti yazıb.
Məlumata əsasən, avtobus bu gün səhər saatlarında Dhadinq rayonunda Trisuli çayına düşüb.
Xatırladaq ki, 4 sərnişin yerində həlak olub, bir nəfər isə aldığı yaralardan xəstəxanada dünyasını dəyişib.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.