20 May 2019 09:36
2 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın zamanlarda Rusiya hökuməti tanınmamış Dnestryanı respublakasında da rus pasportlarının verilməsi ilə bağlı qərar qəbul edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Vahid Rusiya" Partiyasından Dövlət Dumasının deputatı Aleksandr Yaroşuk deyib.

Deputat bildirib ki, Rusiya hökumətində bütün tanınmamış respublikaların, o cümlədən Dnestryanı, Donetsk və Luqanskın, orada yaşayan rusların problemlərini yaxşı bilən lobbilər var.

Deputatın sözlərinə görə, Dnestryanı respubliaksının vətəndaşlarının müraciətlərindən sonra müvafiq qanunda bəzi zəruri düzəlişlər olunub: "İndi isə siyasi iradə Donetsk və Luqanska yönəlib. Hesab edirəm ki, birgə işimiz yaxın zamanlarda siyasi qərarlara gətirib çıxaracaq".

Aleksandr Yaroşuk hesab edir ki, 2020-ci ildə dünyada geopolitik şərait dəyəcək, Rusiyanının ABŞ və Avropa Birliyi ilə ən aşağı səviyyəyə enmiş münasibətləri tamamilə tərsinə dövr edəcək.


Müəllif: Mahir

Oxşar xəbərlər