7 Sentyabr 2014 16:56
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Çak Heygel Gürcüstana rəsmi səfər edib. ANS PRESS-in məlumatına görə, Heygel Tiflisdə gürcü həmkarı İrakli Alasaniya ilə görüşüb.


Heygel bildirib ki, ABŞ bu günə qədər Gürcüstanla hərbi əməkdaşlıq edib və bundan sonra da əməkdaşlığa davam edəcək.

“Həmkarımla birlikdə ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlıq məsələlərini, gələcək planları müzakirə etdik. Bizim əməkdaşlığımız çox vacibdir və bunu inkişaf etdirməliyik”, deyə pentaqon rəhbəri bildirib.

Gürcüstanın NATO-ya üzv olması istiqamətində atdığı addımları dəstəklədiyini deyən Heygel bildirib ki, bu, Alyansa üzv ölkələrlə hərbi əlaqələri də möhkəmləndirəcək.

Qeyd edək ki, bu, Çak Heygelin ABŞ müdafiə naziri kimi Gürcüstana birinci səfəridir.


Müəllif:

Oxşar xəbərlər