20 May 2019 10:43
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Donanmasına aid hərbi gəmi Çin dənizində irəliləyir.

Teleqraf.com xəbər verir ki, gəmi Skarborough adası yaxınlarında mövqe tutub.

Çinlə Tayvan arasında qarşıdurmaya səbəb olan bu ada ətrafında ABŞ gəmisinin peyda olması Çin-Amerika münasibətlərində yeni böhrana səbəb olub.

Vəziyyəti qəlizləşdirən hadisə isə hərbi gəmi haqqında danışan komandir Klay Doss olub. Doss bildirib ki, “Prebbe” adlı gəmi adanın 12 mil yaxınlığını keçib: “Məqsəd beynəlxalq suları qorumaqdır”.

Sosial şəbəkələrdə isə bəzi mütəxəssislər ABŞ-ın Çinə gözdağı verdiyini iddia edib.


Müəllif: Cavad