20 May 2019 12:49
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ukrayna Ali Radasında and içən Vladimir Zelenski prezident kimi vəzifəsinin icrasına başlayıb.

Teleqraf.com-un artıq xəbər verdiyi kimi onun ilk qərarlarından biri parlamentin buraxılması ilə bağlı olub. Bununla belə, V.Zelenski Ali Radanın buraxılmasınadək olan iki ay ərzində parlamentdən bir sıra təxirəsalınmaz qanunlar qəbul etməyi, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərini, baş prokuroru və müdafiə nazirini vəzifədən uzaqlaşdırmağı xahiş edib.

O, həmçinin Ukraynanın mövcud hökumətinə istefaya getməyi təklif edib.

“Sonralar əla prezident olan amerikalı aktyordan (söhbət ABŞ-ın 40-cı prezidenti olmuş Ronald Reyqandan gedir) sitat gətirmək istəyirəm: “Hökumət bizim problemlərimizi həll etmir – hökumət bizim problemimizdir”, – deyə Zelenski bildirib.

V.Zelenski daha sonra deyib:

“Mən bizim hökumətimizi başa düşmürəm. Onlar əllərini oynadaraq cəfəng danışır, zəhlə tökür və mənə deyirlər ki, biz edə bilmərik. Bu düzgün deyil – bacararsız. Siz kağız-qələm götürə və öz yerinizi o kəslər üçün azad edə bilərsiniz ki, onlar növbəti seçkilər haqda deyil, gələcək nəsillər barədə düşünürlər”.


Müəllif: Səxavət