7 Sentyabr 2014 20:10
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə bayrağını dirəkdən endirərək, cırdılar.

ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Genc mahalının Gerçekli kəndinə hücum edən terrorçu PKK təşkilatının üzvləri bir nəfəri öldürüb. Şəxsiyyəti məlum olmayan 3 PKK üzvü Bayıratlı kəndində məktəbə hücum edərək sinif otaqlarını dağıdıb. Və məktəbdə Müstafa Kamal Atatürkə qoyulmuş büst sındırılıb və məktəbin həyətindəki bayraq dirəyindən Türkiyə bayrağı aşağı endirərək, cırıblar.

Türkiyə silahlı qüvvələri ərazidə nəzarəti gücləndirsə də terrorçuları yaxalamaq mümkün olmayıb.


Müəllif: