20 May 2019 21:09
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çadda etnik toqquşmalar nəticəsində azı 22 nəfər həlak olub, 28 nəfər isə xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, yerli “Wihda” qəzetinin yaydığı məlumata görə, toqquşmalar mayın 19-da Sila əyalətinin üç yaşayış məntəqəsində qeydə alınıb. Münaqişə yerli xalqlarla ərəb qəbilələri arasında baş verib.

Çad ordusunun birləşmələri sabitliyi bərpa etmək üçün 10 avtomobillə münaqişə zonasına gəlib.

Xatırladaq ki, ötən həftə qonşu Vadday əyalətində naməlum silahlı şəxslərin kəndlərdən birinə hücumu nəticəsində azı 13 nəfər həlak olmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər