20 May 2019 21:23
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisin rəmzlərindən biri olan Eyfel qülləsi müvəqqəti olaraq bağlanıb.

Teleqraf.com-un məlumatına görə, buna naməlum şəxsin dəmir qurğularla qülləyə çıxmaq niyyəti səbəb olub.

Polis Eyfel qülləsini əhatəyə alaraq turistləri qüllədən təxliyə edib. Hazırda Eyfelin yaxınlığına da turistlər buraxılmır.

Qeyd olunur ki, həmin şəxs qüllənin üçüncü mərtəbəsinədək çıxa bilib. Onun polis tərəfindən saxlanıldığı deyilir.

Eyfel qülləsinin nə vaxt açılacağı barədə məlumat verilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər