ABŞ Dəniz Donanmasının Floridadakı sualtı ekipajının qadın üzvləri siyahıya alınıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hərbi hissənin kapitanının köməkçisi Georgi Karter 2018-ci ilin avqustunda hərbi hissədə qadın hərbçilərlə bağlı iki siyahı hazırlandığını bildirib.
Siyahıların birində bəzi qadın hərbçilər haqqında “ulduz” olaraq söz edilib, digər siyahıdakı qadınların isə “şəhvət düşkünü” olduğu vurğulanıb.
Siyahıların ekipaj üzvləri arasında yayılması qadın personalın təhlükəsizliklə bağlı narahatlığına səbəb olub.
Hadisənin araşdırılmasına icazə verməyən Georgi Karter Hərbi Dəniz Donanması komandanlığı tərəfindən işdən çıxarılıb. Eyni zamanda araşdırma nəticəsində bəzi şəxslərə nizamnamə çərçivəsində cəzalar verilib.
Qeyd edilir ki, USS Floridadakı ABŞ donanması qadın sualtı ekipajların xidmət etdiyi ikinci böyük mərkəzdir. Burada 172 personaldan 32-si qadındır.