Türk Standartları İnstitutu (TSE), Türk Akkreditasiya Təşkilatı (TÜRKAK) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu əməkdaşlıq protokolu imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi əlumat yayıb.
TSE rəhbəri Adəm Şahin, Türkiyənin qida sektorundakı təcrübəsini qardaş Azərbaycanla paylaşmağa hazır olduğunu söyləyib.
TÜRKAK baş katibinin müavini Orbay Evrensevdi agentliyin Azərbaycanla treninqlərin təşkili məsələsi ilə yanaşı, bilgilərini bölüşəcəyini bildirib.
Sənədlər Qida Təhlükəsizliyi üzrə 2-ci Bakı Beynəlxalq Konfransı çərçivəsində imzalanıb.