22 May 2019 12:14
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər flotiliyası döyüş gəmilərinin hərəkətini izləmək, onların məqsədlərini bilmək üçün gələcəkdə uzaq radiuslu pilotsuz uçuş aparatları (PUA) ilə təchiz ediləcək.

Teleqraf.com xəbər verir ki, bunu “RİA-Novosti”yə açıqlamasında Xəzər filotiliyasının komandanı, kontr-admiral Sergey Pinçuk bildirib.

“Biz dəniz piyadalarının hərəkətini izləmək üçün taktiki radiuslu bir sıra PUA kompleksləri almışıq. Söhbət “Eleron” və “Orlan” tipli uçuş aparatlarından gedir. Bizim zərbə gəmilərinin müvafiq addımlar ata bilməsi, filotiliyanın kəşfiyyat məlumatları ilətəmin olunması üçün gələcəkdə silahlanmamıza uzaq radiuslu aparatlar daxil ediləcək”, – deyə Pinçuk qeyd edib.


Müəllif: Səxavət