23 May 2019 08:04
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanvə ABŞ prezidenti Donald Tramp yaxın zamanda görüşə bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə hökümətindən mənbə bildirib.

Onun sözlərinə görə, görüş Yaponiyada G20 sammiti çərçivəsində baş tuta bilər: "Biz hazırda təqvim üzərində işləyirik. Biz bəzi müsbət siqnallar alırıq, lakin dəqiq zaman hələki müəyyən edilməyib. Onlar həmçinin Yaponiyada G20 sammiti çərçivəsində görüşə bilərlər".

İkitərəfli səfərdən danışan mənbə dəqiq tarixin gözlənildiyini qeyd edib.


Müəllif: Teleqraf.com