“İlk mərhələdə Venesuelaya Panama üzərindən 100 min dollar həcmində tibbi yardım göndərəcəyik. Hazırda bunu həyata keçirmək üçün çalışırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Amerikalararası Konfransda iştirak etmək üçün Argentinada olan Türkiyə Qızıl Aypara Təşkilatının rəhbəri Kərəm Kınık deyib.
Kınık Venesueladakı gərginliyin bu ölkəyə tibbi və humanitar yardımın göndərilməsinə mane olduğunu bildirib:
“Venesuela tərəfi ilə bu barədə müzakirələr apardıq. Hazırda Panama üzərindən Venesuelaya 100 min dollarlıq tibbi yardım göndərməyi planlaşdırırıq. Qısa vaxtda bunun baş tutacağına inanıram.
Qarşıdakı mərhələdə Venesuelaya kömək dəhlizinin açılmasına cəhd edirik, bu barədə həm müxalifətlə, həm də hökumətlə danışıqlar aparılıb. Bu mənada Venesuelaya kömək edə biləcəyik”.