Amerika Yaxın Şərqə 5 min əsgər göndərməklə bağlı məsələni qiymətləndirir.
Teleqraf.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi İranla gərgin münasibətlərin mövcud olduğu indiki ortamda Yaxın Şərqə daha 5 min əsgər göndərilməsi tələbini müzakirə edib.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, tələb ABŞ Mərkəzi Qüvvələr Komandanlığından gəlib.
Pentaqonun bu tələbi qəbul edib-etməyəcəyi bəlli deyil.