23 May 2019 13:44
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Aisne bölgəsində yerləşən Çezi-Sur-Marn qəsəbəsindəki qocalar evində yaşayan 102 yaşlı qadın 92 yaşlı otaq yoldaşını qətlə yetirib.

Teleqraf.com xəbər verir ki, araşdırmalardan sonra yaşlı qadının ölümünə küt alətlə üzünə endirilən zərbələrin səbəb olduğu məlum olub.

Olaydan sonra mərhumun 102 yaşlı otaq yoldaşı şübhəli şəxs qismində müşahidə altına alınıb. Qətlin mübahisə zəminində baş verdiyi ehtimal edilir.

Olayla bağlı araşdırma davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər