23 May 12:58
418

Pakistan “Şahin-2” raket sınaqlarını uğurla həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu haqda Pakistan ordusunun sözçüsü general Asif Qafur bildirib.

Sözçü qeyd edib ki, “Şahin-2” ballistik raket sınağı uğurla başa çatdırılıb. Nüvə başlığı daşıya bilən raket 1500 kilometr qət edə biləcək.

General bildirib ki, “Şahin-2” Pakistanın ehtiyacı olan regional sabitliyin təminatı üçün əhəmiyyətə malikdir.

Xatırladaq ki, sınaq zamanı “Şahin-2” Oman dənizində hədəfi uğurla məhv edib. Pakistan Baş naziri İmran Xal rafeti istehsal edən və uğurla sınaqdan çıxaran mühəndis və hərbçiləri təbrik edib.


Müəllif: Cavad