23 May 14:06
2 127

ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyası mayın 10-da təqdim edilən və Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alacağı təqdirdə F-35 proqramından çıxarılmasına çağırış edən qərar layihəsini qəbul edib.

Teleqraf.com xəbər verir ki, qərarda Türkiyəyə S-400 silah sistemi alqı-satqısını ləğv etmək çağırışı edilib. Qərarı Həm Respublikaçılar, həm Demokratlar Partiyasından olan üzvlər dəstəkləyib.

Komissiyanın sədri Eliot Engel Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədə demokratiyanı gerilətdiyini və Vladimir Putinlə yaxınlaşdığını bildirib. Demokrat Konqres üzvü bu qərarı qəbul etməklə Ərdoğanı qınadıqlarını vurğulayıb:

Engel “əlbəttə, bizim sistemimizi onlara satmağımızı istəyirlər, amma bunu rus silah sistemi alqı-satqısını ləğv etməzlərsə, edə bilmərik. Bir NATO ölkəsi rus istehsalı olan silah ala bilməz”.

Demokratlar Partiyasının nəzarət etdiyi Nümayəndələr Palatasında qəbul olunan qərarın respublikaçıların çoxluq təşkil etdikləri Senatın da səsverməsindən keçməsi lazımdır. Hər iki palatadan keçdiyi təqdirdə qərar Prezident Donald Trampın imzası ilə rəsmiləşəcək.


Müəllif: Səxavət