23 May 2019 14:49
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda Amerika konsulluğuna edilən raket hücumunda Səudiyyə Ərəbistanın rolu olub.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə İran Silahlı Qüvvələrinin komandanı, general Əbdülrəhim Müsəvi irəli sürüb.

Regionda son hadisələri qiymətləndirən general bəyan edib ki, İran bütün təzyiq və basqılara qarşı mübarizəsini sürdürəcək.

Körfəz ölkələri və ABŞ müttəfiqləri arasında münasibətə işarə edən general Müsəvi iddia edib ki, Bağdadda baş verən son böhranda Səudiyyə Ərəbistanının barmağı var.

İranın regionda müharibə istəmədiyini və savaşa başlayacaq tərəf olmadığını deyən general əlavə edib ki, ölkəsi sadəcə özünü müdafiə edəcək: “Hər cür işğal və təcavüz qarşısında özümüzü müdafiə edəcəyik. İmperialist güclər bizim mesajımızı aldılar. Ümid edirəm ki, bölgə ölkələrinin liderləri də mesajımızı alıb”.


Müəllif: Cavad

Oxşar xəbərlər