Türkiyə jandarması keçirdiyi əməliyyat nəticəsində “Aras” kod adlı terrorçu Aras Aslan həbs edilib.
Teleqraf.com xəbər verir ki, əməliyyat Giresunda 17000 kilometrlik sahədə keçirilib.
Məlumata görə, əməliyyat nəticəsində sahə daralıb, terrorçu qaça bilməyib və sonda ac qaldığı üçün meşəlikdən çıxaraq təslim olub.
Xatırladaq ki, əməliyyata bir həftə əvvəl Espiye qəsəbəsi ətrafında təslim olan “Kava” kod adlı terrorçunun verdiyi ifadələr əsasında başlanılıb, xüsusi qruplar terrorçunun izinə düşüb və Qara dəniz bölgəsində PKK-nın sonuncu mənsubu olan Aras Aslan yaxalanıb.