23 May 2019 21:44
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş prokurorluğu ölkənin sabiq prezidenti Robert Koçaryana qarşı cinayət işinin Konstitusiya Məhkəməsinə göndərilməsindən şikayət edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda qurumun ictimaiyyətlə əlaqələr üzrə bölmənin rəhbəri Arevik Xaçatryan bildirib.

Xatırladaq ki, mayın 20-də Ermənistanda birinci instansiya məhkəməsi Robert Koçaryana qarşı cinayət işini dayandırıb və onu Konstitusiya Məhkəməsinə göndərib.

Qeyd edək ki, Koçaryan 2008-ci ildə dövlət çevrilişi cəhdilə bağlı ittiham olunur.


Müəllif: Teleqraf.com