24 May 2019 08:24
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatında silsilə qətllər törədən cinayətkar, "Bobbi" ləqəbli Co Lonq 34 il sonra edam edilib.

O, 1984-cü ildə 8 qadını qətlə yetirdiyini etiraf edib. Co Lonq zəhərli maye ilə öldürülüb.

Məlumata görə, Lonq 1985-ci ildə 22 yaşlı Mişel Simmsi qətlə yetirdiyinə görə onun barəsində ölüm hökmü çıxarılıb. O, daha sonra daha 7 qadını öldürdüyünü etiraf edib.

Polis Lonqu onun növbəti dəfə qətlə yetirmək istədiyi 17 yaşlı Liza Makveyin qatilin pəncəsindən qaçdırdan sonra yaxalayıb.


Müəllif: Mənbə/Report