24 May 2019 10:21
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 58 yaşlı siyasətçi ilə bağlı müşahidə olunan qalmaqal səngimək bilmir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Missisipi əyalətindən respublikaçıları təmsil edən Duqlas Mkleod cinsi münasibət zamanı geyimini asta çıxardığı üçün xanımını yumruqlayıb.

O, həftənin əvvəllərində həbs edilib. Polis onun evinə gedərkən Duqlasın əlində içki qədəhi olub. Polis siyasətçiyə məlumat verdiyi an isə “məni dolayırsınz” deyərək polisə cavab qaytarıb.

Polisin hesabatında Duqlas Mkleodun sərxoş olduğu, güclə ayaq üstə durduğu və söyüşlə danışdığı qeyd edilib. Həmçinin xanımının üzü, boynu və qollarının qan içində olduğu, qadının qorxudan titrədiyi də araşdırmada ifadə olunub.

Xanımı polisə ifadəsində ərinin əsəbləşdiyini və aşırı içki qəbul etməsi səbəbindən belə hadisənin baş verdiyini bildirib.

Georgi həbsxanasına göndərilən Duqlas sonradan maliyyə cəriməsi ödəyərək azad olunub.

Ştatda bomba kimi yayılan xəbərdən sonra hər kəs Duqlasın istefasını istəyib.


Müəllif: Cavad

Oxşar xəbərlər