Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul şöbəsinin rəhbəri Canan Kaftancıoğlu haqqında 2012-2017-ci illər arası sosial şəbəkədə yaydığı statuslarla bağlıstanbul prokurorluğunun apardığı araşdırma başa çatıb.
Teleqraf.com xəbər verir ki, prokurorluğun hazırladığı iddianamədə prezident Ərdoğan daxil olmaqla 8 zərərçəkən şəxsin adına rast gəlinir.
“Prezidenti təhqir”, “Türkiyə dövlətini aşağılama”, “Xalqı kin və düşmənliyə təhrik etmə”, “Terror təşkilatının təbliğatını həyata keçirmək” iddiası ilə Kafrancıoğlunun 4 il 10 aydan 17 ilə qədər həbsi istənilib.
İddianamədə PKK terror təşkilatının nümayəndəsi Səkinə Canszın öldürülməsindən sonra Kantancıoğlunun statusu “qırmızı xətlə axtarılan PKK terror təşkilatının qurucusunun dediklərini topluma çatdırmaqla və ölümün insanlığın itirilməsi kimi təqdim etməsi terror təşkilatının təbliğatı kimi” qiymətləndirilib.
Kafrancıoğlu isə ifadəsində qeyd edib ki, “erməni soyqrımı” iddiası ilə bağlı tvitter açıqlaması onun özünə aid deyil. Siyasətçi əlavə edib ki, digər status və paylaşmaları insan haqları çərçivəsindən kənara çıxmayıb.
Məlumat üçün bildirək ki, Canan Kaftancıoğlu daha çox 31 martda keçirilən bələdiyyə seçkiləri zamanı gündəmə gəlib və İstanbulda CHP-nin seçkiləri udmasında onun da müəyyən rolu olduğu bildirilir.