24 May 2019 12:49
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə İnterpol xətti ilə axtarışda olan və başına 1 milyon 500 min türk lirəsi mükafat qoyulan “Dəniz” kod adlı terrorçu Ümid Əmrah Köşə həbs edilib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi terrorçunun həbsini təsdiq edib.

Ümid Əmrah Köşə MLKP terror təşkilatının üzvü olub. Onu Mersin polisi yaxalayıb.

Məlumata görə, Köşə Suriya və İraqın şimalında terror təşkilatı mənsublarına sobataj, bomba hazırlama, silahdan istifadə etmə ilə bağlı hazırlıq keçib.


Müəllif: Cavad