24 May 2019 23:12
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilib.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, qərar Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Qazaxıstanın keçmiş Prezidenti N.Nazarbayevlə görüşündən sonra keçirilən mətbuat konfransında elan edilib.

N.Nazarbayevə fəxri ad türk dünyasının inkişafı üçün xüsusi xidmətlərinə görə Türk Şurasına üzv ölkələrin başçılarının qəbul etdikləri qərara əsasən verilib.

N.Nazarbayev türk xalqları arasında əlaqələri inkişaf etdirmək və gücləndirmək üçün bundan sonra da lazımi dəstək verəcəyini bildirib.


Müəllif: Teleqraf.com