25 May 2019 11:56
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Malta, Slovakiya və Litvada Avropa Parlamenti seçkiləri üçün səsvermə keçirilir.

Teleqraf.com xəbər verir ki, Slovakiyada 4 milyon 400 min seçici yerli vaxtla 07:00-da səsverməyə başlayıb.

Slovakiya Avropa Parlamentinə 13 deputat göndərəcək.

Maltada isə 350 min seçici yerli vaxtla saat 07:00-da səsverməyə başlayıb.

Litvada 1 milyon 400 min seçici səs verir.

Seçkilərin rəsmi nəticəsi mayın 31-də açıqlanacaq.

İngiltərənin Avropa Birliyindən ayrılması və Avropada millətçi partiyaların fəallaşması deməyə əsas verirdi ki, bu seçkilərdə Avropa Parlamentinə daha çox millətçilər düşəcək.

Ancaq Hollandiya seçkilərində bu proqnoz alt-üst olub və demək olar ki, qalib gəlməsi gözlənilən aşırı Greet Vildersin lideri olduğu PVV partiyası biabırçı məğlubiyyətə uğrayıb. Onun partiyası cəmi 4 faiz səs toplaya bilib.

Xatırladaq ki, Avropa Parlamentinə seçkilərdə 374 milyon seçici iştirak edir.


Müəllif: Cavad