25 May 2019 17:55
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela hökuməti həbsxanada saxlanılan məhbusların polisə hücum edərək qaçmaq istədiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, rəsmi Karakasın iddiasına görə, bu səbəbdən qarşıdurma yaranıb və 29 məhkum ölüb.

Hadisə zamanı 19 polis əməkdaşının yaralandığı da bildirilir.

Hadisə Portuhuesa əyalətinin Akariqua şəhərində baş verib.

Guya məhkumlar həbsxanadan qaçmağa cəhd göstəriblər və bu zaman rəqib qruplar arasında qarşıdurma yaranıb. Qaçışa maneə olmaq üçün polis müdaxiləsi nəticəsində isə 29 məhkum ölüb. Qarşı tərəf isə 3 əl qumbarası partladaraq 19 polisin yaralanmasına səbəb olub.

İnsan haqları təşkilatları isə rəsmi Karakasın açıqlamasına inanmırlar. Venesuela Həbsxanalarına Nəzarət adlı QHT-nin nümayəndəsi Humberto Prado “bu necə qarşıdurmadır ki, hadisə zamanı ancaq məhkumlar ölür” sualını hökumətə verib.


Müəllif: Cavad

Oxşar xəbərlər