Hindistanda biri qadın olmaqla 3 müsəlman amansızcasına döyülüb.
Teleqraf.com xəbər verir ki, hindli qrup müsəlmanları mal əti daşıdıqları üçün cəzalandırıb.
Döyülən müsəlmanlar xəstəxanaya çatdırılıblar. Polis zopa ilə müsəlmanlara hücum çəkən qrupla bağlı araşdırmaya başlayıb. Hadisəyə görə 5 nəfər saxlanılıb.
Qeyd edək ki, Hindistanda inək müqəddəs heyvan sayıldığı üçün onun ətini satan və yeyənlərə münasibət birmənalı deyil.