Suriyanın İdlib regionunda silahlı qarşıdurma davam edir. İngiltərənin Sky Nevs kanalının əməkdaşları qarşıdurmanın mərkəzinə düşüblər.
Teleqraf.com xəbər verir ki, jurnalistlər İdlibin Habit qəsəbəsində olublar.
Ancaq qəfil Bəşər Əsəd rejiminin hücumu başlayıb. Jurnalistlər hədəf olmamaq üçün sürətlə yerlərini dəyişməli olublar. Atılan raket və artilleriya mərmilərinin çoxu onların yanında partlayıb. İngilis jurnalistlər böyük təhdid yaşasalar da, yaralanan və öləni olmayıb.
Jurnalistlər iddia ediblər ki, Əsəd rejimi onları hədəfə alıb.
Qeyd edək ki, apreldən bu yana İdlibə edilən ağır artilleriya və hava hücumu nəticəsində 209-dan nəfər ölüb. Şəhər və onun ətraf qəsəbələrini tərk edənlərin sayı isə 200 mindən çoxdur.