Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan Ədalət və İnkişaf Partiyasının İstanbul təşkilatına gəlib.
Teleqraf.com xəbər verir ki, ekspertlər bu səfəri prezidentin İstanbul bələdiyyə sədrliyi uğrunda hazırlıq həmləsi hesab edir.
Məlumata görə, Prezident Ərdoğan yerli vaxtla saat 14:20-də partiyanın İstanbul şöbəsinə gəlib.
Onu AKP-nin İstanbul təşkilatının sədri Bayram Şençok və AKP sədrinin müavini Əli İhsan Yavuz qarşılayıb.
Burada prezidentin seçki hazırlığına dair iclas keçirəcək.