25 May 2019 21:07
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər naziri Qüdrət Özersayın Rusiyanın Cənubi Kiprdəki səfiri Stanislav Vilioroviçlə görüşü diplomatik qalmaqala səbəb olub.

Teleqraf.com xəbər verir ki, böhrana səbəb kimi Qüdrət Özersayın rus səfirlə görüşü haqqında xəbəri yayması olub.

Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Qüdrət Özersay Rusiya səfiri ilə son zamanlar Şərqi Aralıq dənizi bölgəsində meydana gələn hərbi hərəkətlənmə, bu baxımdan Kiprin yunan tərəfinin silahlanması da daxil olmaqla gərginliyi artan fəaliyyət mövzusunda fikir mübadiləsi aparıb”.

Bu xəbərdən dərhal sonra Cənubi Kipr Respublikası Rusiyanın buradakı səfirinə ciddi təzyiqlər edib.

Təzyiqlərə tab gətirməyən rus səfir öz adından açıqlama verməyə məcbur olub:

“Hörmətli Özersay, bildiyiniz kimi, Rusiya yalnız Kipr Respublikasını tanıyır. Bir restoranda qeyri-rəsmi görüşümüz olub. Bizim görüşdüyümüz gün siz hər hansı rəsmi vəzifə tutmurdunuz. Bizim görüşümüzlə bağlı verdiyiniz açıqlamanı etibarın itirilməsi təşəbbüsü kimi qiymətləndirirəm”.


Müəllif: Cavad

Oxşar xəbərlər