8 Sentyabr 2014 11:14
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada terror təşkilatlarından biri olan Boko Haramın hərəkətə keçməsi ilə bağlı məlumatlar yayılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatlarda ən son olaraq Borno şəhərini ələ keçirən terrorçuların bununla kifayətlənməyəcəyi bildirilir.

Boko Haram təşkilatı bundan əvvəl də Nigeriyanın şimal-qərbindəki Yobe əyalətinin Bara və Bunu Yatı şəhərlərində, Borno ştatında Gvoza və Gumboro Ngalada, Adamava əyalətində Madagali və Cola şəhərlərində nəzarəti ələ keçirib.

Nigeriya artıq 5 ildir ki, Boko Harama qarşı mübarizə aparır. Boko Haram, təkcə bu il ən azı 4 min insanın ölümünə, milyonlarla insanın məcburi olaraq köçürülməsinə səbəb olub.

Samir


Müəllif:

Oxşar xəbərlər