26 May 2019 10:22
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla müharibə baş verərsə, qalib tərəf olmayacaq.

Bunu İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Haşmətullah Fəlahətpişə sosial şəbəkə hesabında qeyd edib. O, sözügedən mesajın ABŞ tərəfinə çatdırıldığını söyləyib:

“İranla savaşın qalibi olmayacaq, ancaq itirəni çox olacaq. Vasitəçilər bu mesajı ABŞ hökumətinə çatdırıb, lakin psixoloji atmosferdə fitnə yaratmaq cəhdləri davam edir. Buna qarşılıq fərasətə söykənən diplomatiyanın yeri hələ də boşdur”.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər