Almaniya kansleri Angela Merkelin lideri olduğu Xristian-Demokratik İttifaqı Avropa Parlamentinə seçkilərdə liderlik edir.
Bu haqda N24 telekanalı tərəfindən dərc edilmiş “eksit-poll”un məlumatlarında deyilir.
“Yaşıllar” ikinci, sosial-demokratlar isə üçüncü yerdədir.
İlkin proqnozlara görə, Xristian-Demokratik İttifaqı 28, “Yaşıllar” 22, Sosial-Demokrat Partiyası isə 15,5 faiz səs toplayır.