26 May 23:09

Fransanın Kann şəhərində yaxtaların toqquşması nəticəsində 29 yaşlı Britaniyalı turist həyatını itirib.

Teleqraf.com xəbər verir ki, qalan 17 nəfər limana təhlükəsiz şəkildə çatdırılıb.

Kann film festivalının son gecəsində meydana gələn toqquşmanın səbəbi polis tərəfindən araşdırılır.

Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, həlak olan sərnişinin ailəsi ilə əlaqə saxlanılacaq və onun cəsədi yerli hakimiyyət orqanlarına təhvil veriləcək.


Müəllif: Teleqraf.com