26 May 23:54

Bu gün Bolqarıstanda Sofiya rayonunun İxtiman şəhərində kiçik motorlu təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, qəza nəticəsində təyyarə yanıb, kabinədəki iki nəfər – pilot kişi və sərnişin qadın həlak olub. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürən maşınlar cəlb olunub. Təhqiqat aparılır.


Müəllif: Teleqraf.com