27 May 2019 09:59
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran hərbi və iqtisadi hücumlara qarşı özünü müdafiə edəcək.

Teleqraf.com xəbər verir ki, bu açıqlamanı İranın xarici işlər naziri Məmməd Cavad Zərif Bağdadda iraqlı həmkarı ilə keçirdiyi mətbuat konfransında bəyan edib.

İranın baş diplomatı əlavə edib ki, Körfəz ölkələrinə biri-birinə təcavüz etməmək haqda saziş təklif ediblər: “Tehran hərbi və iqtisadi hücumlara qarşı güclü şəkildə müdafiə olunacaq. Avropa ölkələri və nüvə sazişində iştirak edən digər dövlətlər anlaşma çərçivəsində üzərlərinə düşən vəzifələri yerinə yetirməlidir.

İran Körfəz ölkələri ilə münasibətlərin çox gözəl olmasını istəyir, bu məsələdə bütün təklifləri müzakirə etməyə hazırıq. Biz Körfəz ölkələrinə biri-birinə təcavüz etməməklə bağlı sənəd təklif etmişik. Körfəzdəki bütün dövlətlərlə balanslı münasibətlər qurmağa tərəfdarıq”.


Müəllif: Cavad