Türkiyəyə gələn bir suriyalı gəncin küçədə jurnalistə verdiyi açıqlama kəskin etiraza səbəb olub.
Teleqraf.com xəbər verir ki, sosial şəbəkədə yayılmış videoda suriyalı baş kəsmək istədiyini deyib.
Onun Suriyada davam edən müharibəyə dair “Bunları gördüm, and içirəm ki, baş kəsəcəyəm” sözlərinə ətrafdakı insanlar belə reaksiya verib:
“Bura Türkiyədir, sən burada baş kəsə bilməzsən”.
Etiraz qarşısında qalan suriyalı gənc fikrini dəyişməyə məcbur olub: “Mən 6 ildir Türkiyədəyəm, heç nə dəyişməyib. İşləyirəm, həyat gözəldir”.
Videogörüntünü təqdim edirik: