Türkiyə Super Liqasının növbəti mərhələsində “Göztepe” evdə “Ankaragücü”nü qəbul edib.
Teleqraf.com xəbər verir ki, ev sahibi rəqibi məğlub etməklə Super Liqada mübarizəni davam etdirmək şansını qoruyub.
Oyundan dərhal sonra meydana çıxan model Ebru Şancı “Göztepe”də top qovan həyat yoldaşı Alpaslan Öztürkü öpüşə qonaq edib.
Meydanın ortasında öpüşən cütlük kameraların obyektivinə tuş gəlib.
Öpüşmə səhnəsi sosial şəbəkədə müzakirə mövzusuna çevrildiyi halda, Şancı bunun fotosunu paylaşaraq “Bu il Super Liqa mövsümünün ən yaxşı epizodu...” şərhini yazıb.
Fotonu təqdim edirik: