Türkiyənin Muğla şəhərindəki avtovağzalda Antalyaya getmək üçün bilet tapa bilməyən Aycan Yetişkin qəzəblənərək yeməkxanadan aldığı çörək bıçağı ilə boğazını kəsib.
Teleqraf.com xəbər verir ki, olaydan dərhal sonra xəstəxanaya aparılan 40 yaşlı kişinin həyati təhlükəsinin olduğu bildirilib.
Antalyada üz kremləri satan Aycan Yetişkin səhərə qədər bilet tapa bilməyəcəyini öyrəndikdən sonra kassa işçilərinə əsəbləşib. Bundan sonra yeməkxana işçisindən “kiçik bir işim var” deyərək çörək bıçağı alıb.
Eskalatorla aşağı endiyi vaxt boğazını kəsib. Polis olayla bağlı araşdırma aparır.