İranın Kirmanşah vilayətinin silahlı qruplaşma ilə polis qüvvələri arasında qarşıdurma baş verib.
Teleqraf.com xəbər verir ki, silahlı qarşıdurmada bölgənin polis idarəsinin cinayət-axtarış şöbəsinin rəisi Kuruş Hacımuradi həlak olub.
Hacımuradi aldığı güllə yarasından hadisə yerində ölüb.
Silahlılar isə hadisə yerindən uzaqlaşıb.