27 May 2019 14:09
1 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “soyuq müharibə” dönəmində Şimali Sakit okean bölgəsində dəfələrlə nüvə silahlarını sınaqdan keçirib. Bu sınaqlardan qalan ölümcül radiasiya daşıyıcısı olan qalıqları yeraltı anbarda toplayıb üzərini 45 santimetrlik betonla örtdülər. Bu gün bununla bağlı yayılan məlumat isə dünyanın qorxunc təhlükə qarşısında qaldığından xəbər verir.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, nüvə qalıqlarının saxlanıldığı yeraltı anbarın qapağının çatlaması ilə ətrafa ölümcül radiasiya yayılmağa başlayıb.

Olay ABŞ-ın 1958-ci ildən qalma nüvə qalıqlarının toplandığı Marşal adalarındakı yeraltı anbarında baş verir. ABŞ-ın nüvə silahlarının qalıqlarının 85 min kubmetrlik ərazidə qazılmış 115 metr genişliyindəki kraterə toplanması adanı radioaktiv zəhərlənmədən xilas edə bilmədi.

BMT Baş katibi Antonio Quterreşin “tabut”a oxşatdığı kraterdə sızmanın baş verdiyini və bunun dünya üçün narahatlıq yaratdığı bildirilib.

1946-1958-ci illərdə ABŞ-ın 67 nüvə bombası sınağını keçirdiyi adada radiasiyasının yayılmasına münasibət bildirən Marşal adaları parlamentinin üzvü Cek Adinq rəsmi Vaşinqtonu vəhşilikdə ittiham edib.

Beton qapağın altında ən təhlükəli radioaktiv elementlərdən olan plutonium-239 da daxil olmaqla, bir çox “nüvə zəhəri” adlandırılan maddə var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər