ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çin İnin ABŞ-ın sabiq vitse-prezidenti Con Baydeni “gerizəkalı, axmaq ” adlandırması məsələsində həmfikirdir.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
Mətbuat katibi 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürən Con Baydenin çıxışı zamanı Şimali Koreya liderini diktator və tiran adlandırması və Trampın onunla görüşməsi haqda tənqidi fikirlərini şərh edib.
Donald Trampın Pxenyan mediası tərəfindən Baydenin “gerizəkalı, axmaq” adlandırılması ilə həmfikir olduğunu deyən Sanders əlavə edib ki, hər iki lider Bayden haqqında bu qiymətləndirməyə şərikdir.