Suriya ordusu İdlib vilayətində həyata keçirdiyi hərbi əməliyyatla strateji əhəmiyyətli Kəfr Nəbudə qəsəbəsini Əl-Nüsra terror təşkilatından azad edib.
Teleqraf.com xəbər verir ki, əməliyyat nəticəsində terrorçular Əl-Hübeyt qəsəbəsinə geri çəkilmək məcburiyyətində qalıb.
Kəfr Nəbudə bu ay cihadçılar tərəfindən ələ keçirilmişdi.
Rusiya Bəşər Əsədin başçılıq etdiyi ordunun İdlibdə keçirdiyi hərbi əməliyyatlara dəstəyini davam etdirir. Rus hərbçiləri Suriya ordusunun İdlibin cənubunda və Hama vilayətinin şimal-qərbində keçirdiyi əməliyyata dəstək verir.
Məlumata görə, Əsəd ordunun son əməliyyatlarında 50 Əl-Nüsra silahlısı öldürülüb.