Ukraynada keçmiş prezident Petro Poroşenko ilə bağlı daha bir cinayət işi qaldırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosu məlumat yayıb.
Məlumata görə, P.Poroşenko ilə bağlı budəfəki cinayət işi məhkəmə hakimiyyətinin mənimsənilməsi ilə bağlıdır.
Qeyd edək ki, bundan öncə P.Poroşenko ilə bağlı dövlətə xəyanət, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, həmçinin “Pryamoy” telekanalının qeyri-qanuni yolla ələ keçirilməsi ilə bağlı 3 cinayət işi qaldırılıb.